İran Azərbaycanına pəncərə: Həftəlik xəbərlər icmalı

Amnesty İnternational Abbas Leysani haqqında
Corc Buşun İran xalqına müraciəti
Çingiz Bəxtavər, Qulamrza Əmani və Həsən Ərk yenidən həbs olunublar
İranın Təhsil Nazirliyi azərbaycanlılara müraciət edib
Etiraz aksiyalarına hazırlıqla bağlı həbslər davam edir

Amnesty İnternational-ın sentyabrın 19-da açıqladığı təcili məlumatda milli-mədəni hüquqlar uğrunda mübarizə aparan Abbas Leysaninin Ərdəbil həbsxanasında sağlamlıq durumunun kəskin pisləşdiyi xəbər verilib.

Azərbaycan mədəniyyətinin qorunub saxlanması yönümündəki fəaliyyətinə görə işgəncələrə məruz qalmış və İslam Respublikasının inqilab məhkəmələrində əlavə cinayət ittihamları ilə üzləşən Abbas Leysaninin azadlığa buraxılması üçün beynəlxalq ictimaiyyətdən reaksiya tələb edilir.

Sənəddə deyilir: "Abbas Leysani 2006-cı il, İyunun 3-də Ərdəbildə keçirliən nümayişdə iştirak etdiyinə görə həbs edilib. O, Ərdəbildə Ettelalatın həbsxanasında 2 gün saxlandıqdan sonra Ərdəbil məhbəsinə köçürülüb. Onnu ailəsi Leysaninin harda olması haqda İyunn 7-ə kimi xəbər tutmayıb. Bu dövr ərzində Abbas Leysani aclıq elan etmiş və bir sıra hallarda myelərin qəbulundan imtina edən Leysani aclığı 58 gün davam etdirmişdir. Aclıq etdiyi müddətdə İran polisi onu izolyatorda saxlayıb.

Leysaninin aclıq askiyası İyulun 30-da, ailəsinə ona baş çəkmək icazəsi verildikdən sonra başa çatıb. Həmin görüşdə Leysani o qədər zəifləyib ki, o, zorla danışa bilib. Aclıq aksiyasının sonunda Leysani 30 kiloqram çəki itirib." Amnesty İnternational Abbas Lisaninin sağlamlıq durumundan dərin narahatlıq keçirir. Güman edilir ki, ki Abbas Lisaninin lazımi tibbi yardıma çıxışı yoxdur.

Sentyabrın 19-da ABŞ prezidenti Corc Buş İran xalqına müraciət edib. O, Birləşmiş Ştatların iran xalqına hörmət etdiyini və bu xalqın daha yaxşı qismətə - öz gələcəyini müəyyən etmək imkanına, İranda yaşayan insanların potensialını üzə çıxaracaq iqtisadiyyatın və cəmiyyətin qurulmasına layiq olduğunu deyib. Elə həmin çıxışında Corc Buş Baş Assambleyanın 61-ci sessiyasının iştirakçılarına da üz tutaraq, həmkarlarına Yaxın Şərqdə mötədil və islahatçılara dəstək vermək, yaxud Yaxın Şərqin gələcəyini terrorçu və ekstremistlərə buraxmaq arasında doğru seçim etməyi təklif edib.

Bu həftə Azərbaycan dilinin tədrisi tələbi ilə İranda aksiyaların planlaşdırıldığı vaxt Azərbaycan dili müəllimlərinin və fəalların həbsi vüsət alıb. Bu həftə Azərbaycanlı fəallardan olan Çingiz Bəxtavər təkrarəın həbs edilib. Çingiz Bəxtavər cəmi bir neçə həftə bundan öncə Avqust ayının sonunda həbsdən azadlığa buraxılmışdı. Onun oğlu Babək Bəxtavər atasının həbsdə olarkən işgəncələrə məruz qaldığınlı bildirmişdi. Daha sonra təkrar həbsə alınanlar arasında Qulamrza Əmani və Həsən Ərk də var. Bundan əlavə, Ərdəbildə Məsur Ciddi, Şapur Nüsrətpur Sulduzda İsgəndər Mirzai, Mehdi Vahidi, Təbrizdə Həsən Ərk, Rza Səyyah, Urmuda Əsədullah Səlimi və başqalarının həbsi barədə həftə boyu məlumatlar daxil olub.

İranın Təhsil Nazirliyi yerli məmurlar vasitəsilə azərbaycanlılara müraciət ünvanlayıb. Müraciətdə nazirlik əhalini bu gün sentyabrın 23-ə təyin olunmuş etiraz fəaliyyətlərinə qatılmamağa çağırıb.

Güney Azərbaycan İstiqlal Partiyası, Cənubi Azərbaycan Federalistlər Birliyi, Cəniubi Azərbaycanlı Tələbələr İttifaqı, Güney Azərbaycan Milli Hərəkatı və digər təşkilatlar bu həftə ana dilinin təhsili tələbi ilə etiraz aksiyalarının keçirilməsi ilə bağlı təşviqat materiallarını yaymaqda davam ediblər. Bildirişlərin yayılmasında iştirak edən onlarla fəalın həbs olunduğu bildirilir. Dünya Azərbaycanlıları Müdafiə Komitəsi məsələ ilə bağlı bəyanat yayaraq, İran hökumətinin milli mədəni hüquqların pozmasını pisləyib. Amerikanın səsinə müsahibəsində Komitənin rəhbəri repressiyalara baxmayaraq mübarizənin davam etdiyini bildirib.