İran Azərbaycanında etirazçılar polislə toqquşub

Bu gün Tehranda və İrandakı Azərbaycan şəhərlərində ana dilində tədris tələbi irəli sürən minlərlə azərbaycanlının iştirakı ilə etiraz aksiyaları keçirilib.

Verilən məlumatlara görə, Zəncanda etirazçılarla polis arasında ciddi qarşıdurma olub. Ciddi xəsarət alanlar və ölənlər haqqında məlumat yoxdur.

Aksiyalardan öncə bütün şəhərlərdə əlavə daxili qoşun və polis hissələri yerləşdirilib.

Heç bir şəhərdə kütlənin bir yerdə toplaşmasına imkan verilməsə də nümayişçilər dağınıq şəkildə etirazlarını bildiriblər.

Aksiyalar barədə daha geniş məlumatları studiyamızla canlı bağlantıda Cahandar Bayoğlu və Amerikanın səsinə müsahibəsində Saleh İldırım təqdim ediblər. Hər iki söhbəti audio-formatda dinləyin.