Bu gün BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edən Livan prezidenti Emil Lahud ölkəsinin İsrailin vəhşi təcavüzünə məruz qaldığını deyib.
Prezident Lahud İsraili əsasən mülki əhalini hədəf almaqda günahlandırıb. O deyib ki, İsrailin Hizbullaha qarşı hərbi əməliyyatları zamanı minlərlə insan həlak olub.
Sessiyda çıxış edən Serb prezidenti Boris Tadiç Kosovonun statusunun ölkəsinin üzləşdiyi ən mürəkkəb problem adlndırıb.
BMT-nin Baş assambleyasının üçüncü günü öncəki günlə müqayisədə daha sakit keçib. Belə ki, sentyabrın 20-də Amerika Birləşmiş Ştatları çıxışlar zamanı kəskin tənqid atəşinə tutulmuşdu.