Kabildə Birləşmiş Ştatlar səfirliyi yaxınlığına raket atılıb

Əfqanıstanın paytaxtı Kabildə maşına yerləşdirilmiş güclü bomba partlayışı azı 16 nəfərin ölümünə, bir çoxlarının isə yaralanmasına səbəb olub. Amerikanın səsinin müxbiri Bencamin Sənd İslamabaddan bildirir ki, Birləşmiş Ştatların hərbi konvoyuna edilən hücum nəticəsində iki Amerika əsgəri həlak olub.

Bu gün səhər Kabildə yerləşən Birləşmiş Ştatlar səfirliyi raket atəşinə məruz qalıb. Birləşmiş Ştalar hərbi qüvvələrinin sözçüsü, leytenant Tamara Laurens bu hücum barədə məlumatı təsdiq edib. Bu hadisədən sonra Birləşmiş Ştatlar və Britaniya əsgərləri təcili olaraq həmin əraziyə nəzarəti artırmişlar.

NATO komandirləri Əfqanıstanın cənubunda yaraqlıların gözlənildiyindən daha güclü müqavimət göstərdiklərini deyirlər. Qeyd edək ki, NATO bu yaxınlarada Talibanların əsasən güclü olduğu regiona daha çox hərbi qüvvəsini yerləşdirmişdir. Dünən baş verən döyüş nəticəsində 20-dən çox Taliban yaraqlısı öldürülüb.

NATO-nun ali generalları bu həftə Polşa hərbi qüvvələrinin Əfqanıstanın cənubuna yerləşdirilməsi barədə danışıqlar aparacaq.