Britaniyanın xarici işlər naziri İraqdadır

ABŞ-ın üç hərbiçisi İraqın qeyri-sabit Əl-Ənbar vilayətində öldürülmüşdür. Bu gün yayımlanmış yazılı bəyanatda ABŞ rəsmiləri bildiriblər ki, dünən iki dəniz piyadası və bir dənizçi Fəlluca şəhərinin yaxınlığında öldürülmüşlər. İraq rəsmiləri ölkədəki fövqəladə vəziyyəti yenidən uzadaraq, təhlükəsizlik qüvvələrinə artan zorakılıqların qarşısını almaq məqsədi ilə qeniş səlahiyyətlər vermişlər.

Britaniyanın xarici işlər naziri Margaret Bekket Bağdadda İraqın baş nazirinin müavini Barhəm Salih ilə görüşmüşdür. Ölkəyə ilk rəsmi səfəri zamanı xanım Bekket demişdir ki, ölkədə təhlükəsizlik məsələləri üzrə məsuliyyətin iraqlılara verilməsi çox vacibdir.