Prezident Buş yeni əks-terror strategiyasını açıqladı

Prezident Buş bu gün yeni əks-terror strategiyasını açıqladı. Bundan öncə Ağ Ev yeni strategiyanın əsas müddəaları ilə bağlı sənədi təqdim etmişdir. 23 səhifədən ibarət sənəddə İran və Suriyanın öz ərazilərində terrorçulara sığınacaq, xaricdə isə terrorizmə dəstək verdiyi göstərilir. Burada deyilir ki, Amerika Birləşmiş Ştatları hər iki ölkədə rejim əleyhinə mübarizə aparan insanların arxasında dayanacaq. Ağ Ev bildirir ki, Əl-Qaidə ciddi şəkilldə zəifləsə də, hələ də təhlükəli olaraq qalır.

Qeyd edək ki, Buş administrasiyası prezidentin amerikalıları terror hücumlarından qorumaq üçün kifayət qədər iş görmədiyini deyən demokratların tənqidləri ilə qarşılaşır. Cənab Buşun Vaşinqtondakı çıxışı noyabr ayında Konqresə seçkilərdən öncə respubalikaçılar partiyasına dəstək qazanmağa çalışdığı vaxta təsadüf edir.