Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin nümayəndələri bir Gürcüstan hərbi helikopterini vurduqlarını xəbər verirlər. Lakin Cənubi Osetiyadakı birləmiş sülhməramlı qüvvələrin Gürcü komandiri bildirib ki, helikopter atəşə məruz qaldıqdan sonra bazaya qayıdıb. Qiyamçıların sözçüsünün bildirdiyinə görə Gürcüstan Daxili İşlər Nazirliyinə məxsus helikopterə dəfələrlə kursu dəyişmək göstərəşi verildikdən sonra o, vurularaq yerə salınmışdır. Onun dediyinə görə hərbi obyektin vurulmasına səbəb Gürcüstanın dəfələrlə Cənubi Osetiyanın hava hüdudlqarını pozmasıdır.