Kofi Annan Tehrandadır

BMT Baş Katibi Kofi Annan Tehranda İran rəsmiləri ilə görüşərək, ölkənin nüvə proqramını və İsrail-Hizbullah arasında atəşkəsi müzakirə edib.

Bu gün Annan İranın xarici işlər naziri Mənuçöhr Mottəki və president Mahmud Əhmədinejadla görüşüb. BMT-nin baş katibi İsrail və Hizbullah arasında atəşkəsi təmin edən BMT qətnaməsinin tam həyata keçirilməsinə ümid bəslədiyini deyib.

Qətnamə İran və Suriyadan yardım alan Hizbullaha silah təchizatına qadağanı da ehtiva edir.