Buşun yeni İraq kampaniyası

Prezident Buş İraqdakı müharibəyə qarşı yaranmış içtimaii rəyi aradan qötürməyə yönəlmiş çıxışlar silsiləsinə başlamaq üçün ABŞ-ın Yuta ştatına qəlib.

Ağ Evin nümayəndəsi bildirib ki, cənab Buş Iraqda bəzi məsələlərin həll olunmamış qaldığını bildirməklə yanaşı, məsələni daha qeniş, yənı terror ilə qlobal mübarizə səpkisində müzakirə edəcək.

Hazırlanan çıxışlar silsiləsi bu il ərzində artıq üçüncüdür. Bu çıxışlar sentyabrın 11-i terror aktının ildönümünə qədər davam edəcək və Birləşmiş Millətlər Təşkilatının sentyabrın 19-da keçiriləcək sessiyasındakı çıxışla tamamlanacaq.