ABŞ-ın İraqdakı yüksək rütbəli generalı deyib ki, İraqın hərbi qüvvələri ölkədə təhlükəsizliyin qorunması məsuliyyətini öz üzərinə götürməyə 18 ay ərzində hazır ola bilər.
Bu gün Bağdadda çıxış etmiş qeneral Corc Keysi deyib ki, bu müddət ərzində İraq qüvvələri tam inkişaf edəcək və koalissiya qüvvələrinin cüzi yardımı ilə təhlükəsizlik məsələlərinə nəzarət edə biləcək.
Eyni zamanda İraq rəsmiləri bildiriblər ki, ABŞ və İraq təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi ciddi tədbirlərə baxmayaraq, son zamanlar İraqdakı zorakılıqlar nəticəsində 50 nəfərdən artıq insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb.