Bu gün Ukrayna və Rusiya xalqları dünən Ukraynada təyyarə qəzası zamanı həlak olmuş 170 nəfərin xatirəsini yad edirlər. Bu gün qəza yerinə həlak olanların qohumlarının gəlməsi qözlənilir. Müstəntiqlər qəza yerində təyyarənin “qara qutusunu” tapmışlar. Amerikanın səsinin müxbiri Lisa Makadams Moskvadan xəbər verir.
Bu gün Ukrayinanın rəsmi hökümət binalarında bayraqlar aşağı endirilib, bütün idman və əyləncə tədbirləri ləğv olunub. Ölkə dünən təyyarə qəzasında həlak olmuş insanları yad edir. Rusiyada matəm mərasımı sabah keçiriləcək. Pulkovo Airlines şirkətinə məxsus olmuş TU-154 təyyarəsində əsasən Qara dənizdəki Anapa şəhərində istirahət etmiş və Sankt Peterburq şəhərinə qayıdan Rusiya vətəndaşları olmuşlar.
İlkin məlumatlara görə qəzanın əsas səbəbi ağır hava şəraiti olub. Uçuşun əvvəlindən təyyarə hava ilə əlaqədər çətinliklərə məruz qalmış və birazdan radar ekranlarından itmişdir. Təyyarədə yanğın barədə məlumat verildikdən sonra, fövqəladə eniş etməyə cəhd qöstərilsə də, təyyarə Donetsk şəhərinin 45 kilometr şimalda yerə dəymişdir. Rusiyanın nəqliyyat naziri İqor Levin deyib ki, təyyarənin “qara qutusunun” axtarışı bir neçə saat davam edib və müvəffəqiyyətlə nəticələnib.
Cənab Levinin sözlərinə görə, təhqiqatçılar təyyarənnin hər 2 qutusunu nəzərdən keçirir. Əlavə olaraq onlar Ukrayina hava hərəkəti xidmətləri və pilotlar arasında danışıqları da izləyirlər. Rusiyanın baş prokuroru Yuri Çayka bəyan edib ki, uçuş zamanı təhlükəsizlik tələblərinin mümkün pozuntusu üzrə istintaq başlanıb.