Monqolustanda hərbi təlimlər keçirilir

Mongolustanda təşkil edilən ilk çoxmillətli hərbi təlimlərdə Sakit Okeanı hövzəsi ölkələrinin əsgərləri iştirak edir. Monqolustan və Amerika Birləşmiş Ştatlarının həmsponsorluğu ilə keçirilən təlimlər avqustun 25-dək davam etməlidir. Qlobal Sülh Əməliyyatları Təşəbbüsü adlandırılan bu təlimlər ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə böynəxlaq sülh əməliyyatlarındakı əsas çatışmazlıqların aradan qaldırılması üçün 5 illik proqramın həyata keçirilməsini nəzərdə tutur. Rusiya, Çin, Böyük Britaniya, Kanada, İtaliya və Yaponiya nümayəndələri təlimlərin monitorinqinə dəvət ediliblər.