Prezident Buş əks-terror xidmətinin işindən razıdır

Prezident Buş Amerika təyyarələrində terror hücumu cəhdinin qarşısının alınmasında göstərdikləri köməyə görə ABŞ-ın əks-terror qurumlarının rəhbərlərinə minnətdarlığını bildirib.

ABŞ prezidenti bu gün Vaşinqton yaxınlığında Milli Əks-Terror mərkəzində olub. Cənab Buş deyib ki, müzakirələr ABŞ-ın kəşfiyyat agentliklərinin işinin yaxşılaşdırılması səylərini yaxından öyrənmək məqsədilə aparılıb.

Bağlı qapılar arxasında keçən görüşdə Dövlət katibi Kondoliza Rays, müdafiə naziri Donadl Ramsfeld, Daxili Təhlükəsizlik naziri Maykl Çertoff, ABŞ-ın kəşfiyyat idarəsinin direktoru Con Neqroponte iştirak ediblər.

Prezident Buş ekstremistlərə qarşı müharibənin davam etdiyini deyib və əlavə edib ki, onun administrasiyası amerikalıları terror aktlarından qorumaq üçün bütün imkanlardan istifadə edir.