Dünya Bankı tərəfindən yaradılan yeni Quş Qripi mərkləzi Laosa H5N1 virusunun yayılmasına və fəsadlarına nəzarət etmək üçün ilk qrantını verib.
Quş və İnsan Qripi mərkəzi Laos üçün 2 milyon dollarlıq qrantın təsdiq olunduğu barədə xəbəri bu gün verib. Qrant Avropa Kommissiyası da daxil olmaqla 8 donor agentliyinin ianələri hesabına verilib.
Vəsait inkişaf etməkdə olan ölkələrə quş qripi virusunun social və iqtisadi təsirini azaltmaq məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün verilir.