Toni Bleyer BMT-nin qətnaməsinin təsdiqinə çağırıb

Britaniyanın baş naziri Toni Bleyer BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə döyüşlərin dayandırılması barədə qətnaməsinin tez bir zamanda təsdiqinə çağırıb. Amerikanın Səsinin müxbiri Qari Tomasın Londondan verdiyi xəbərə əsasən Britaniya lideri Hizbullahın mənafeyinə xidmət edə bilən hər bir qətnamənin əleyhinə olduğunu bildirib.

Britaniyanın bir neçə televiziya kanalına müsahibəsində baş nazir Toni Bleyer BMT-nin Təhlükəsizlik Şurasının İsraillə Hizbullah arasındakı döyüşlərə son qoyulması barədə qətnaməsinin dərhal təsdiq edilməli olduğunu deyib. Lakin o, bildirib ki, Livanda hakimiyyət boşluğuna yol verilməməlidir.

Qeyd edək ki, Birləşmiş Ştatlar və Fransanın dəstəklədiyi qətnamədə təcili atəşkəsə çağırılır. Diplomatlar ikinci dəfə təklif olunan qətnamədə İsrail ordusunun Livanın cənubundan çıxarılması və oraya beynəlxal sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyirlər. Livan hökuməti isə Livanın cənubunu öz nəzarəti altına almq məqsədi ilə oraya 15 min nəfərdən ibarət hərbi qüvvəsini göndərməyi təklif edir.

İsrailin baş naziri Ehud Olmert bu qərarı dırnaqarası “maraqlı” adlandıraraq deyib ki, təklifi nəzərdən keçirilməyə dəyər. Baş nazir Bleyer isə bu təklifi ağlabatan adlandırmış, lakin Livanın cənubuna beynəlxalq qüvvələrin yerləşdirilməsinin daha məqsədəuyğun olduğunu demişdir.

Britaniya lideri Britaniya əsgərlərinin də beynəlxalq qüvvələr tərkibində yer alacağını söyləməmişdir. Lakin o, Britaniya hərbi qüvvələrinin humanitar yardımla kömək edə biləcəyini demişdir. Toni Bleyer qüvvələrin Livanın infranstrukturunun bərpasında o ölkəyə yardım göstərə biləcəyini bildirib. Xatrıladaq ki, Britaniya NATO-nun missiyasının genişləndirilməsi məqsədi ilə Əfqanıstana 3 600 əsgərdən ibarət hərbi qüvvə yerləşdirib. Bundan əlavə İraqda 7 min Britaniya səgəri xidmət gösətəriri.