İraq rəsmiləri yaraqlıların hücumları nəticəsində ən azı 5 nəfərin öldüyünü bildirib.
Kərkükdə yanacaqdoldurma məntəqəsinin yanında maşının içində partlayan bomba 3 adamın ölümünə səbəb olub.
Bağdadda isə iki digər hücum zamanı bir polis də daxil olmaqla iki adam ölüb. Partlayışlar zamanı 12 nəfərin yaralandığı da bildirilir.
Bu arada ABŞ hərbçiləri İraq hökumətinin qərbi Bağdaddakı reyd zamanı məşhur xarici yaraqlını ələ keçirdiyini bildirib. Onun adı gizli saxlanılsa da, Bağdad və Fəllucə şəhərlərində yaraqlıların baş koordinatoru olduğu bildirilir.