Həbsdə olan Azərbaycan jurnalisti aclığa başlayıb

Həbsə alınmış Azərbaycan jurnalisti Mirzə Sakit özünə qarşı irəli sürülmüş saxta adlandırdığı ittihamlara etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

Sakit Zahidov bir ay əvvəl üstündə 10 qram heroin aşkar edildiyi bildirilərək həbs olunmuşdu. Xatırladaq ki, Azadlıq qəzetində işləyən jurnalist Mirzə Sakit təxəllüsü altında şerlər yazırdı.

Jurnalistion vəkilləri istintaqın başa çatdığını və müstəntiqlərin bütün materialları məhkəməyə təqdim etməyə hazırlaşdığını bildirir. Lakin vəkillər həm də istintaqın qeyri-obyektiv aparıldığını deyiblər. Mirzə Sakitin şerlərini dərc edən Azadlıq qəzeti Azadlıq müxalifət blokuna yaxınlığı ilə tanınır və Azərbaycan prezidenti İlham Əliyevi daim tənqid edir.