Bu gün Bağdadda ABŞ hərbi qüvvələrinin yaraqlıların şəhərə axışdıqları barədə xəbərdarlıq verməsindən sonra şəhərdə avtomobil nəqliyyatının hərəkətinin bir həftəlik qadağa müddəti uzadılıb. Rəsmilərin dediyinə görə, 4 saat müddətinə artırılan bu qadağanın məqsədi maşına yerləşdirilmiş bomba hücumlarına mane olmaqdır. Lakin bütün bu ölçülərə baxmayaraq, bomba partlayışı səbəbi ilə bu gün paytaxtın sünnü məscidində 1 adam öldürülüb, digər ikisi isə xəsarət alıb. Bağdadın şimalında isə ABŞ qüvvələri tərəfindən iki yaraqlı qətlə yetirilib.