Fransa prezidenti humanitar saziş təklif edir

Fransa prezidenti Jak Şirak Livandan xariçi vətəndaşların evakuasiyası və livanlıların İsrail bombardmanından xilas edilməsi məqsədi ilə humanitar saziş əldə edilməsini təklif edib. Cənab Şirakın bəyənatında eləcə də yerli və xarici vətəndaşların konflikt zonasından çıxarılması və livanlılara beynəlxalq yardımın çatdırılması üçün korridorlar yaradılması da təklif edilir. O bildirib ki, Fransa Kiprə təyyarə ilə su, dərman və xəstəxanalar üçün elektrik generatorları göndərir.

Avropa Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəri Haviyer Solana Qüdsdə İsraillə Hezbullah arasındakı atəşkəş əldə edilməsinə çağırıb. Qeyd edək ki, bu, Solananın son bir neçə gün ərizində regiona ikinci səfəridir.