Ukrayna parlamentinin Rusiya tərəfdarı koalisiyası baş nazir vəzifəsinə sabiq baş nazir Viktor Yanukoviçi namizəd göstərib. Ukrayna prezidenti Viktor Yuşenkonun ən böyük siyasi rəqibi olan Yanukoviçin Regionlar partiyası və onun yeni koalisiya partnyorları nominasiyasını bu gün elan edib. Qeyd edək ki, koalisiyaya kommunist və sosialist partiyalar da daxildir. Prezident Yuşenko Yanukoviçin namizədliyini rədd edərək, bunun konstirusiyaya uyğun olmadığını deyib.