Kofi Annan Livanda BMT hərbi qüvvələrinin artırılmasına çağırır

BMT baş katibi Kofi Annan Brüsseldə etdiyi çıxışı zamanı deyib ki, Livanda BMT-nin sabitləşdirici hərbi qüvvələri artırılmalı və onların mandatları regiondakı qüvvələrdən fərqli olmalıdır. Cənab Annan eləcə də Sudan hökumətini BMT hərbi qüvvələrinin Darfurda da yerləşdirməsinə çağırmışdır.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə birlikdə keçirilən mətbuat konfransında BMT baş katibi Kofi Annan deyib ki, BMT hərbi qüvvələrinin Hezbullah döyüşçülərinin İsrail qüvvələri ilə atəş mübadiləsi etdiyi Livanda yerləşdirilməsi vətiyyəti sabitləşdirə bilər. Cənab Annan Avropa və digər hökumətləri qüvvələrinin artmasına yardım göstərməyə çağırıb. O deyib ki, bu qüvvələr daha yaxşı silahlanmış və geniştərkibli olamlıdır.

Artıq bir-neçə Avropa dövləti BMT hərbi qüvvələrinə dəstək olacaqlarını bəyan etmişlər. Lakin Birləşmiş Ştatlar və İsrailin bu ideyaya skeptik yanaşdıqları bildirilir. Vaşınqton Hezbullahı məhv etmək üçün BMT-yə nə qədəq hərbi qüvvə lazım olduğunu sula altına alır. Bəzi təhlilçilər isə İsrailin Hezbullahın Livanın cənubuna nəzarətinə son qoyulması məqsədinə nail olunmasında qüvvələrin maneə olacağını deyirlər.

BMT-nin baş katibi Kofi Annan həmçinin digər bir münaqişə nöqtəsi - Sudanın Darfur regionunda vəziyyəti sabitləşdirmək məsələsinə də toxunmuş və Sudan hökumətinin BMT qüvvələrini qəbul edəcəyinə ümid bəslədiyini bildirmişdir.