İsrail Livana hücumları gücləndirib

İsrail Livan üzərinə hücumlarını gücləndirərək Beyrutda və ölkənin başqa hissələrində hədəflərə bomba atıb. Şahidlər İsrailin Beyrutda və şimaldakı Tripoli şəhərində limanları partlatdığını deyir. Media Fələstinin Həmas qrupunun Beyrut ofisinin də İsrailin hava hücumuna məruz qaldığını bildirir.

Livanın cənubunda İsrailin hava hücumu nəticəsində 15 nəfər mülki əhali həlak olub. İsrailin döyüş təyyarələri həmçinin Livan və Siriya arasındakı neytral zonanı da bombalayıb. İsrail rəsmilərinin fikrincə, reyd Suriyadan Hizbullah üçün silah göndərilməsinin qarşısını almaq üçün həyata keçirilib.

Hezbollah da İsrailin bir neçə şəhərinə raket atəşi açıb. İsrail rəsmilərinin fikrincə, Hezbollahın raketləri ölkənin ticarət mərkəzi olan Tel-Əvivə qədər çata bilər. İsrail ABŞ istehsalı olan Patriot raket qurğularını Hayfada yerləşdirərək, bunun Hizbullah raketlərinin qarşısını almaq üçün edildiyini bəyan edib.