Bu gün Amerikanın Səsinin nizamnaməsinin təsdiq edilməsinin 30 ili tamam olur. Amerikanın Səsinin proqramlarının bütövlüyü və təşkilatın missiyasının müəyyən edilməsi üçün 1960-ci ildə Amerikanın Səsinin nizamlanması hazırlanmış, 1976-cı ilin iyul ayının 12-də prezident Cerald Ford tərəfindən qanun kimi təsdiq edilmişdir.
Amerikann səsi Amerika Birləşmiş Ştatlarının geniş maraqlarının dünya ölkələrinin xalqları ilə kommunikasiya vasitəsilə həyata keçirilməsinə xidmət edir. Buna nail olmaq üçün Amerikanın Səsi dinləyicilərin marağı və diqqətini qazanmalıdır. Amerikanın Səsinin prinsipləri nizamnamədə öz əksini tapıb.
Bunlar Amerikanın Səsinin etibarlı mənbə kimi xidmət göstərməsini, dəqiq, obyektiv və əhatəli xəbər mənbəyi olmasını, Amerikanın təsisatları və görüşlərini balanslı şəkildə təmsil edilməsini, ABŞ-ın siyasətini və bu siyasətlə bağlı müzakirələr və müxtəlif fikirlərin aydın və effektiv şəkildə əks etdirilməsini əhatə edir.