Çeçen səhra komandiri Basayev öldürülüb

Rusiya təhlükəsizlik xidmətinin rəhbəri, ölkədə 1 nömrəli cinayətkar élan olunmuş çeçen səhra komandiri Şamil Basayevin öldürüldüyünü deyib. Nikolay Patruşev prezident Vladimir Putinə Basayevin təhlükəsizlik qüvvələrinin İnquşetiyanın cənubunda gecə əməliyyatı zamanı öldürüldüyünü deyib. Patruşevlə Putinin görüşü Rusiya televiziyası ilə göstərilib.

Basayev 2004-cü ildə Şimali Osetiyanın Beslan şəhərində əsasən məktəblilərdən ibarət 330 uşağın ölümünə səbəb olan terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Qərb və Rusiya mediası Basayevin 4 yaraqlının ölümünə səbəb olan yük maşını partlayışı zamanı öldüyünü xəbər verir. Rəsmi xəbərlərə görə, həmin dörd nəfər partlayıcı ilə dolu yük maşınının Nazranın Ekajevo kəndinin yaxınlığında partlaması nəticəsində ölüb. Müstəqil medianın xəbərlərinə görə, partlayış zamanı Basayev yük maşınının böyründə gedən minik maşınında imiş.

Ötən il Rusiya mediası Basayevin öldüyü barədə xəbər vermişdi. Lakin sonra Basayev bu xəbərləri telekanallara göndərdiyi videoməktubu ilə yalanlamışdı.