Gürcüstanda terror aktı

Bomba partlayışı Gürcüstanın separatçı Cənubi Osetiya regionunda yüksək rütbəli rəsminin həyatına son qoyub. Cənubi Osetiyanın təhlükəsizlik şurasının sədri Oleq Alborov öz qarajını açanda uzaqdan idarə olunan qurğu vasitəsilə bomba işə salınıb. Separatçı rəsmilər dərhal bu qətlin məsuliyyətini Qərb-yönümlü Tbilisi hökumətinin üzərinə atıblar. Gürcüstanın daxili işlər nazirliyi isə onun hökumətinin bu işdə əli olması fikrini rədd edib.