Diskaverinin fəzada təmirə ehtiyacı var

NASA ekspertlərinin fikrincə, astronavtların fəza gəmisinin yanacaq blokunu örtmək üçün əlavə örtük materiallarına ehtiyacı var, özü də bu təmir işləri onlar Yerə dönməzdən öncə aparılmalıdır. Mühəndislər bu işlərin astronavtların növbəti fəza gəzintisi zamanı aparılıb-aparıla bilməyəcəyi barədə rəy verməlidir. Təmirin lazım olduğu barədə rəy kosmonavtların ilk fəza gəzintisi zamanı aparılan sınaqlar nəticəsində ortaya çıxıb.