İran prezidenti Mahmud Əhmədenejad İsrailin Qəzza zolağına hücumlarını kəskin tənqid edib. O, yəhudi dövlətini dağılmalı olan “saxta bir rejim” adlandırıb. Bu gün Tehranda fələstinlilərə dəstək məqsədi ilə təşkil edilən yürüş iştirakçıları qarşısında çıxış edən prezident deyib ki, İsrail dövlətini təsis edənlər onu kənar etməlidir. Mahmud Əhmədenejad mövcud durum davam etdiyi təqdirdə, islam dünyasında “partlayış” olacağı barədə xəbərdarlıq verib.