Rusiya Prezidenti Vladimir Putin dünyanın müxtəlif ölkələrindən GHT-lərin nümayəndələriylə görüşüb. O həmin təşkilatların nümayəndələrini əmin edib ki, bu ilin əvvəllərində qəbul edilən münaqişəli qanun Rusiyada insan hüquqları, ətrafmühit və başqa sahələrdə fəaliyyət göstərən GHT-lərin işinə manə olmayacaq. Rusiya prezidenti bu qanunun GHT-lərin Rusiyada fəaliyyətinə imkan verməyəcəyi barədə Rusiya xaricində iddialar irəli sürüldüyünü xatırladaraq qanunun xaricdə səhv başa düşüldüyünü söyləyib. Prezident Putin çıxışında nüvə enerjisini müdafiyə edən zaman isə üzərində nüvə enerjisi əleyhinə şuarlar yazılmış köynəklər geyən bir qrup buna etiraz olaraq ayağa durub. Keçmişdə belə nümayişçilər həbs olunsalar da Prezident Putin bu dəfə nümayişçilərin nəzarət altına alınmasına manə olub. O çıxışında nüvə enerjisinə alternativlərin də araşdırılmasına çağırıb. Vladimir Putin böyük səqqizliyin bu ayın 15-17-də keçiriləcək sammitinə hazırlaşır. Sammitdə Rusiyayla bir yerdə sənayəsi ən çox inkişaf etmiş yeddi ölkənin liderləri iştirak edəcək ki, onların siyahısına Britaniya, Fransa, Almaniya, İtaliya, Birləşmiş Ştatlar, Kanada və Yaponiya daxildir.