Fələstinlilərin prezidenti Mahmud Abbas İsrailin baş nazir İsmayıl Həniyənin Qəzzə zolağındakı boş qalmış ofisinə bu günkü hücumunu qınayaraq, bunu cinayət aktı adlandırıb. Cənab Abbas və cənab Həniyə bu gün ofisə baş çəkmiş və İsraili ələ keçirilmiş əsgəri azad etmək məqsədilə Qəzzəyə hücum etməklə xüdpəsəndlik göstərdiyini deyiblər. Fələstinlilərin mötədil qanunvericiləri bildiriblər ki, İsrailin bu aksiyaları vəziyyəti daha da pisləşdirir. İsrail əsgərin oğurlanmasına görə Həmasın məsulliyyət daşıdığını deyərək, Qəzzədəkı mövqelərin əsgəri azad etmək üçün yaraqlılara təzyiq göstərmək məqsədilə atəşə tutulduğunu bildirir. Bu gün hücum zamanı Həmasın azı bir əsgərinin öldüyü xəbər verilir. Prezident Mahmud Abbas BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Alvaro de Soto ilə görüşərək, vəziyyəti müzakirə edib.