Doha danışıqları dalana dirənib

Cenevrədə tariflər və subsidiyaların azaldılmasına dair danışıqlarda razılıq əldə olunmadıqdan sonra Dünya Ticarət təşkilatına daxil olan ölkələr qurumun direktorundan ticarət məhdudiyyətlərini azaldacaq razılığı xilas etməyə çağırıblar. Bu, dünyanın 50-dən çox ölkəsinin nazirinin Cenevrə danışıqlarını razılığın yaxın zamanlarda mümkün olacağına çox az ümidlə tərk etməsindən bir gün sonraya təsadüf edir. Dünya Ticaərt təşkilatının baş direktoru Paskas Lami qlobal inkişaf və inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması üçün beş il bundan əvvəl başlamış Doha danışıqlarının böhranlı vəziyyətdə olduğunu deyib. Cənab Lami razılığın əldə olunmasında əsas rolu olan hökumətlərdən söz almaq məqsədilə iyul ayını dünya ölkələrinin paytaxtlarına səfər edəcəyini bildirib.