Bu gün Diskaveri kosmik gəmisi kosmosa buraxılacaq

Bu gün Diskaveri gəmisini fəzaya buraxmaq üçün Beynəlxalq Kosmik Stansiyasında son hazırlıq işləri görülür. Bununla belə, ABŞ-ın kosmik agentliyi NASA-da qasırğalı hava şəraitinin hadisəni təxirə sala biləcəyindən narahatdırlar. Bu, Kolumbiya şattlının 3 il bundan öncə 7 astronavtın ölümünə səbəb olan qəzaya uğramasından sonra cəmi ikinci kosmik gəmi buraxılışıdır.