Prezident tərəfindən maliyyə nazirliyinə namizəd elan edilən Henry Poulson senatın komissiyası qarşısında çıxış edərək deyib ki, o, nazir postuna təstiq olunarsa, vergilərin azaldılmasına və ABŞ şirkətlərinin rəqabət qabiliyyətinin artırılmasına çalışacaq. O ABŞ-ın pensiya və tibbi sığorta proqramlarında da islahatlar aparacağını söyləyib. Goldman-Sach investisiya şirkətinin keçmiş prezidentinin namizədliyi ABŞ-ın Senatı tərəfindən təsdiq edilməlidir. Onun maliyyə nazirliyinə namizədliyi iqtisadiyyatda durğunluq, yüksək inflyasiya, Çinlə ticarət dövriyyəsində kəsirin artması, büdcə və ümumi ticarət dövriyyəsində mənfi balans dövrünə təsadüf edir.