Əhalinin siyahıya alınması bürosunun hesabatında deyilir ki, ABŞ-da əhali sayı oktyabr ayında 300 milyona yüksələcək. ABŞ-da hər 8 saniyədə bir uşaq dünyaya gəlir. Hər 13 saniyədə bir insan dünyasını dəyişir. Hər 30 saniyədə ya qanunsuz, ya qanuni statusla ölkəyə bir insan daxil olur. Bu isə orta hesabla hər 11 saniyədə bir insan artımı deməkdir. Bir vaxtlar əsasən ağların böyük artıma malik olduğu Amerikada bu gün artmaqda olan əhali ispan məşəlilərdir. İkinci Dünya Müharibəsindən sonra Amerika əhalisi 106 milyon təşkil edirdisə, 1960-cı illərdə 180, 20 minilliyin sonlarına doğru isə 280 milyona yüksəlmişdi. Gələn 40 il ərzində Amerika əhali sayının 400 milyon olacağı təxmin edilir. 300 milyonuncu həmin insan kim olacaq? Bu ya bu ölkədə dünyaya gələn, ya da mühacirət edən şəxs olacaq.