Iraq baş nazirinin barış planı var

İraqın baş naziri Nuri əl Maliki ölkədə zorakılıqların qarşısını almaq məqsədilə parlament qarşısında yeni barış planı ilə çıxış edib. Cənab Maliki qanunvericilərə söyləyib ki, plana əsasən cinayət və terror aktlarında iştirak etməmiş bütün məhbusların əvf edilməsi nəzərdə tutulur. Çıxışda ABŞ qüvvələrinin İraqı tərk etməsi barədə heç nə deyilməyib. Nyu York Taymz qəzeti İraqda Amerika qüvvələrinin ali komandiri General Corc Keysiyə istinad edərək 2007-ci ilin sonunadək İraqdakı qüvvələrin azaldılacağını yazır. Həmçinin bu gün Əl-Qaida ilə əlaqəsi olan qrup İnternetdə ayın əvvəlində girov götürülmüş 4 Rusiya səfirliyi işçilərinin öldürüdüyünü xəbər verərək, girovlardan ən azı ikisinin edamının videosunu göstərib.