Iraqda mülki vətəndaşların qətli ilə bağlı məlumat araşdırılıb

Birləşmiş Ştatların hərbi müstəntiqləri Bağdadın şimalındakı İşagi kəndində ABŞ hərbiçilərinin mülki vətəndaşları qətlə yetirdikləri barədə məlumatı araşdırıb. Birləşmiş Ştatların hərbi sözçüsü, general-mayor Villiam Kaldvel bu gün bildirib ki, mart ayında keçirilən reyd zamanı ABŞ əgsərləri atəşə məruz qalmış və cavab atəşi açmağa məçbur olmuşlar. O, əməliyyat zamanı 9 nəfərdən çox mülki vətəndaşın qətlə yetirildiyini bildirmişdir. Lakin o demişdir ki, əsgərlər bunu hərbi təlimata uyğun etdiklərini deyirlər.

Qeyd edək ki, bu açıqlama hərbi təhqiqatçıların Birləşmiş Ştatlar hərbi-dəniz qüvvələri tərəfindən Hadisədə 24 nəfər mülki şəxsin qətli ilə əlaqədar apardıqları araşdırmalar vaxtına təsadüf edir.