Küveyt əmiri hökümətlə seçki qanunu ətrafında konfliktdən sonra parlamentin buraxılması barədə qərar verib. Küveytin rəsmi xəbərlər aqentliyi bildirir ki, Şeyx Sabah əl-Əhməd əl-Sabah parlamentin buraxılması və yeni parlament seçkilərinin 2006-cı ilin iyunun 29-da keçirilməsi barədə qərar verib. Bu qərar islahatçı parlament üzvlərinin baş nazir Şeyx Nəsir əl-Məhəmməd əl-Sabahı seçki islahatları barədə hesabatını tələb etdikdən sonra verilmişdir.
Xatırladaq ki, bu ay ölkənin nazirlər kabineti seçkilər qanununun yeni layihəsini hazırlamış və seçki dairələrinin sayının 25-dən 10-dək azaltmağı təklif etmişdir. Lakin islahatçıların əksəriyyəti dairələrin sayının 5-dək azaldıb, seçki zamanı mümkün ola biləcək saxtakarlıqları azaltmağı tələb edir.