İraqda üsyançılar bütün ölkə boyu mülki və təhlükəsizlik hədəflərinə hücumları davam edir


" hspace=2 src="/azerbaijani/images/ap_iraq_us_helicoper_19may06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Hücumlar İraq baş nazirinin öz kabinetini parlamentə təqdim etməsindən bir gün öncəyə təsadüf edir. Şimali Kərkük şəhərində silahlı şəxslər şiə neft mühəndisini evinin qarşısında öldürüblər. Bağdadda hüquq-mühafizə orqanları qiyamçılar tərəfindən girov götürülmüş 2 iraqlının gülləbaran edilmiş cəsədlərini tapıblar. Başqa hücumda silahlı şəxslər paytaxt yaxınlığında mini avtobusa atəş açaraq 10 adamı yaralayıblar. Şənbə günü İraqın baş naziri Nuri əl-Məliki özünün yeni kabinetini parlamentə təqdim edəcək. Mühüm vəzifələr hesab edilən daxili işlər və müdafiə nazirlliklərinin rəhbərləri hələlik müəyyən edilməyib. Lakin rəsmilər bütün hallarda kabinetin parlamentə təqdim olunacağını deyirlər.