ABŞ prezidenti mühacirət planını açıqlamalıdır

Bu gün axşam Vaşinqton vaxtilə saat 8-də prezident Buş Amerikanın televiziya şəbəkələri vasitəsilə mühacirət islahatlarına dair planını açıqlamalıdır. Ağ Ev rəsmilərinin bildirdiyinə görə, prezident Buş müraciətində qeyri-qanuni mühacirlərin sərhədlərdən Birləşmiş Ştatlara keçmələrinin qarşısını almaq üçün Milli Qvardiyanın sərhəs patruluna yardımı məsələsindən danışmalıdır. Rəsmilər qeyd edirlər ki, planda ABŞ-Meksika sərhədlərinin hərbiləşdirilməsi nəzərdə tutulmur. Birləşmiş Ştatların bəzi qanunveriçiləri və o cümlədən prezidentə zəng edən Meksika prezidenti Vicente Foks sərhəd bölgələrinə hərbi qüvvə yerləşdirilməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Prezident Buş Meksikalı həmkarını ölkəsilə Mekasika arasındakı sərhədlərin hərbiləşdirmək istəmədiyi və ABŞ-ın Meksikanı dost ölkə kimi nəzərdə tutduğunda əmin etməyə çalışıb. Respublikaçı senator Chuck Hagel ABC televiziya şirkətinə verdiyi müsahibəsində deyib ki, ordu və Milli Qvardiya rolu ilə sərhədlərin qorunmasına yardım edilə bilməz. Ağ Ev rəsmiləri bildirirlər ki, cənab Buş müraciətində daxili təhklükəsizlik, qonaq işçi proqramı və başqa məsələlər barədə danışacaq.