ABŞ Senatı gələn beş il üçün 70 milyard dolarlıq vergi ixtisarı planını təsdiq edib. Senatda plan 54 leyhinə, 44 əleyhinə səslə qəbul edilib. Bundan əvvəl Nümayəndələr Platasının təsdiqini əldə edən qanun prezident Buş tərəfindən yaxın zamanda imzalanmalıdır. 15% vergi ixtisarı 2010-cu ilədək nəzərdə tutulur. Plana əsasən ölkənin ən zəngin insanlarını alternativ minimum vergilərindən azad edir. Plan əsasən orta sinif amerikalıları nəzərdə tutur.
İlk dəfə 2003-cü ildə vergi ixtisarı planının müddəti 2008-ci ildə başa çatmalıdır. ABŞ prezidenti və Respublikaçı partiyasının üzvləri vergi ixtisarının ölən iqtisadiyyatı canlandırdığını deyirlər.