ABŞ prezidenti Corc Buşun bildirdiyinə görə, İranın nüvə proqramı ətrafında yaranmış qarşıdurmanın diolomatik həlli ilkin mərhələsindədir. Bu gün Floridada olan prezident bildirib ki, İran nüvə fəaliyyətlərinə son qoymasa beynəlxlaq ictimaiyyətin təcridi ilə üzləşəcək. İranın nüvə müzakirəçisi Əli Laicani bildirib ki, qarşıdurmanın diplomatik yolla həllinə vaxt var. Yunanıstanda səfərdə olan cənab Laricani Rusiyanın uranın zənginləşdirilməsi prosesinin onun ərazisində aparılmasına dair təklifinin razılığın əsas şərti olacağını deyib. O bildirib ki, mübahisələr BMT-nin Təhlükəszlik Şurası deyil, Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsi ilə həll edilməlidir.