İraqda Britaniya helikopteri vurulub

İraq polisinin bildirdiyinə görə, bu gün Bəsrə şəhərinin cənubunda Britaniya helikopteri raket və ya mərmi atəşinə məruz qalaraq vurulub salınmışdır. Rəsmilər vertolyotun düşdüyü yaşayış məntəqəsində dörd nəfərdən ibarət heyətin cəsədlərini aşkar ediblər. İraq polisi eləcə də bildirir ki, Britaniya əsgərləri ilə əraziyə toplaşmış İraqlılar arasında baş verən toqquşma zamanı 4 nəfər həlak olub.

Digər bir xəbərdə isə bildirilir ki, bu gün səhər Tikrit şəhərində İraq hərbi paltarı geymiş bir intiharçının hücumu nəticəsində 3 zabit qətlə yetirilmişdir. Birləşmiş Ştatlar hərbi qüvvələri bildirirlər ki, dünən Bağdadda yol kənarına yerləşdirilmiş bombanın partlaması bir Amerika əsgərinin ölümünə səbəb olub.