İraqın vitse-prezidentinin bacısı qətlə yetirilib

Bu gün Bağdadın cənub-qərbidə İraqın sünni vitse prezidenti Tareq əl-Haşeminin bacısı Meysun qətlə yetirilib. Vitse prezidentin qardaşı Mahmud da bu ayın əvvəlində qətlə yetirilmişdi. Qeyd edək ki, sünni siyasi blokunun əsas partiyası olan İraq İslam Partiyasının başçısı Tariq əl Haşemi keçən həftənin çənbə günü İraq parlamenti tərəfindən vitse-prezident vəzifəsinə təyin edildi.

Başqa bir xəbərdə isə bildirilir ki, üç İtaliya və bir Rumıniya əsgəri Nasiriyə şəhərində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində qətlə yetirilib.

Bu gün Nəcəf şəhərində baş nazir Cavad əl Maliki təhlükəsizlik məsələləri ilə əlaqədar şiələrin baş ruhanisi Ayatollah Əli əl Sistani ilə danışıaqlar keçirib. Cənab Maliki deyib ki, o, yaraqlıları tərksilah edə biləcək bir hökumət qurmaq niyyətindədir.