ABŞ-ın dövlət katibi Avropa liderləri ilə müzakirələr aparacaq

Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays Yaxın Şərqdə sülh, terrorizm, enerji təhlükəsizliyi və Kipr məsələləri ilə əlaqədar müzakirələr aparmaq məqsədi ilə Avropaya səfərə çıxıb. Dövlət Departamenti xanım Raysın ölkə liderləri ilə görüşmək üçün Yunanıstana, Bolqarıstana və Türkiyəyə də gedəcəyini bildirib.

Yunanıstanın xarici işlər nazirliyinin bildirdiyinə görə, xanım Rays Afinaya çərşənbə axşamı gələcək. Yunanıstan rəsmiləri eləcə də bildirirlər ki, Birləşmiş Ştatlar rəsmisinin ölkəyə səfəri zamanı paytaxtda geniş miqyaslı nümayişlər gözlənilir. Xanım Raysın Bolqarıstanla təhlükəsizlik razılığı imzalayacağı gözlənilir.