Çin prezidenti Hu Cintao Birləşmiş Ştatlara 4 günlük səfərinin tərkib hissəsi olaraq Boinq təyyarə şirkətinin zavodunda olub. Onun Vaşinqton ştatında yerləşən zavoda gəlişi Çinin 5 milyard dollar həcmində 80 Boinq təyyarəsi alacağı haqda razılığın əldə olunmasına təsadüf edir.
Cənab Hu Vaşinqton ştatına gələrək burada kompüter nəhəngi Microsoftun baş qərargahında şirkətin prezidenti Bill Gates-lə görüşüb. Çin prezidenti günün sonunda paytaxt Vaşinqton şəhərinə yola düşəcək və sabah orada prezident Buşla görüşəcək.
Danışıqların başlıca mövzuları ABŞ-ın Çindən valyuta siyasətində islahatlar haqda tələbləri, Çində insan hüquqları, ticarət, eləcə də Şimali Koreya və İranın nüvə proqramlarıdır.