Həmas siyasi fraksiyalara müraciət edib

Həmas bir daha Fələstinin siyasi partiyalarını koalisiya hökumətilə birləşməyə çağırıb. Çağırış Həmasın başçılıq etdiyi hökumətin maliyyə böhranı ilə üzləşdiyi və daxili gərginliklərin artdığı bir vaxta təsadüf edir. Bu, Həmasın ilk çağırışı deyil. Həmas dekabr ayında parlament seçkilərində qələbə çaldıqdan dərhal sonra siyasi partiyalara belə bir çağırışla müraciət etmişdi. Lakin yeni hökumətin formalaşdırılmasının başa çatdırılması prosesinə qoşulan olmamışdı. Fələstinin maliyyə böhranı və Həmasın təcridinin artması qrupu bir daha Fələstinin siyasi partiyaları ilə danışıqlara başlamağa vadar edib.