Moskavada nümayiş keçirilib

Bu gün Moskvada mindən artıq adam hökumətin mətbuata nəzarət siyasətinə etiraz olaraq nümayiş keçirib. İşlərini itirmiş bir neçə qabaqçıl jurnalistin də qatıldığı aksiyda mərbuat azadlığının müdafiəsi çağırışları səslənmişdi. Qeyd edək ki, aksiya özəl NTV tele-şirkətinin neft nəhərgi Qazpromun nəzarəti altına keçməsinin beşinci ildönümünə təsadüf edir. Bundan sonra Rusiyanın digər mətbuat orqanları da hökumətin nəzarəti altına keçmiş və hökumətə qarşı tənqidlər bu yolla süquta uğradılmışdı.