Fələstin hökuməti əhalinin maaşını ödəyə bilmir

Fələstin rəsmiləri bildirirlər ki, Fələstinin maska geymiş polis işçiləri maaşlarının verilmədiyinə görə, Qəzza zolağında yerləşən hökumət binalarını tutmuşlar. Təhlükəsizlik qüvvələrinin rəsmiləri deyirlər ki, təxminən 50 polis zabiti Qəzzə Zolağındakı Xan Yunis şəhərinin əsas yolunu bağlamış, bələdiyyə idarəsinin binasını ələ keçirmiş və binanın damından havaya atəş açmışlar. Belə ki, onlar keçən aydan bəri maaşlarını almadıqlarına görə, Həmasın başçılıq etdiyi hökumətə etirazlarını bildirirlər.

Qeyd edək ki, Fələstin Müxtar İdarəsi 140 min hökumət işçisinin maaşını keçən mart ayından bəri ödəyə bilmir. Bunun əsas səbəbi Qərb dövlərlərinin Fələstin Muxtar Idarəsinə verdikləri yardımlarını dayandırmasıdır. Qərb liderləri Həmas qrupundan zorakılıqdan əl çəkməyi və İsrailin mövcudluğunu tanımağı tələb edirlər. Əks təqdirdə onun başçılıq etdiyi Fələstin Muxtar İdarəsinə yardım göstərməyəcəklərini bildirirlər. İsrail isə illik gömrük hesabı ilə bağlı hər ay Fələstin Muxtar İdarəsinə ödədiyi milyonlarla dolların köçürülməsini dayandırıb. Bu da Muxtar İdarənin malyyə böhranı ilə üzləşməsinə gətirib çıxarıb.

Həmas vəziyyətdən çıxış yolu tapmaq üçün özünün altı rəsmisini İrana, xarici işlər naziri Mahmud Zaharı isə Ərəb ölkələrinə göndərib. Baş nazir İsmayıl Həniyəh isə deyib ki, başçılıq etdiyi hökumət Qərbin yardımı qarşısında boyun əyməyəcək.