Belarus prezidentinə qarşı viza qadağası tətbiq edilib

Avropa Birliyi Belarus prezidenti Aleksandr Lukoşenkoya qarşı viza qadağası tətbiq edib. Bu yaxınlarda keçirilən prezident seçkilərdə saxtakarlıqlara yol verildiyi üçün Birliyin qadağası digər 30 rəsmiyə də şamil edilir. Qeyd edək ki, bu qərar Avropa Birliyinin xarici işlər nazirlərinin Lüksemburq görüşü zamanı verilib. Nazirlər səyahət qadağasının gələcəkdə nəzərdən keçirilə biləcəyini deyirlər. lakin onlar eyni zamanda Belarus rəsmilərinin əmlaklarının dondurulması qərarının da istisna edilmədiyini bildirirlər.

Avropa Birliyi Belarusun səlahiyyətli nümayəndələrini müxalifət üzvləri də daxil edilməklə, söz azadlığı və azad toplaşma hüququndan istifadə edənlərə qarşı təzyiqlərə əl atmamağa çağırıb.