Əfqanıstanda Taliban qiyamçıları hücumlarını davam etdirirlər

Cənubi Əfqanıstanın xəstəxana rəsmiləri bildirir ki, Taliban qiyamçıları motosikletdə polis məntəqəsinə hücum edərək 5 zabiti öldürmüş və 3 nəfəri yaralamışlar.

Helmand vilayətində isə özünü səyahətçi kimi qələmə verən Taliban üzvü polislərlə nahar etdikdən sonra onların 4-ü qətlə yetirib. Qatil polisləri onlar gecə yuxuya getdikdən sonra güllələyib. Elə həmin vilayətdə Taliban qiyamçıları koalisiya qüvvələrinin yanacaq daşıyan dörd yük maşınını yandırıblar. Yerli rəsmilərin bildirdiyinə görə sürücülərə xətər dəyməyib.