ABŞ dövlət katibinin Britaniya səfəri etirazlarla müşaiyət olunur

ABŞ Dövlət katibi Kondoliza Rays Britaniya xarici işlər naziri Cek Strou ilə birlikdə Şimali İngiltərədə yerli müsəlman icmasının liderləri ilə bir araya gəliblər. Cənab Strounun anadan olduğu Blackburn şəhərində keçirilən görüş yüzlərlə anti-müharibə tərəfdarının eitraz aksiyası ilə müşaiyət olunub. Bu nümayişlər xanım Raysın Britaniyaya 2 günlük səfəri boyu davam edib. Mətbuat konfransı zamanı xanım Ryas səhvlərə baxmayaraq diktator Səddam Hüseynin hakimiyyətinin devrilməsini düzgün addım adlandırıb. Bu gün BBC-yə verdiyi müsahibədə xanım Rays demokratiyanın doğumunun bəzən çətin olduğunu söyləyib.